Bakıda hərbçilərin yürüşü keçirilib | YENİLƏNİB

   Bakıda hərbçilərin yürüşü keçirilib |  YENİLƏNİB
  26 İyun 2025    Oxunub:990
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilib.
AzVision.az xəbər verir ki, yürüş şəhərin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə baş tutub.

* * *

10:12
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.
AzVision.az xəbər verir ki, hərbi qulluqçular bu gün Bakı şəhərində saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;

- Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

- Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi.

Qeyd edək ki, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə və prospektlərində də yürüşlər keçiriləcək.

AzVision.az


Teqlər: SQG  



Xəbər lenti